Fələstin prezidenti ölkə parlamentini buraxıb

  • 23 dek 2018, 11:02

Fələstin prezidenti Mahmud Abbas ölkə parlamentini buraxıb.

Trend-in məlumatına görə, ölkədə yeni parlament seçkiləri 6 ay ərzində keçiriləcək.

Prezidentin sözlərinə görə, belə qərar konstitusiya məhkəməsinin hökmünə əsasən qəbul edilib: "Biz qanunvericilik orqanının buraxılması və 6 ərzində yeni parlament seçkilərinin keçirilməsi haqqında bu məhkəmə qərarına riayət edəcəyik".

Qeyd edək ki, Fələstin Qanunvericilik Şurası 2006-cı il 25 yanvar tarixində 4 illik müddətə seçilib. 2009-cu ilin dekabr ayında isə parlamentin mandatı Fələstinin azad edilməsinin təşkili üzrə Mərkəzi Şura tərəfindən yeni parlament seçkilərinin keçiriləcəyi tarixə qədər uzadılıb.

Oxşar xəbərlər