Xəbər lenti
Bütün xəbərlər

Ölüm saçan Suriya-6 uşaq ölüb

  • 24 yan 2015, 15:27

Suriyanın paytaxtı Dəməşqdə mülki yaşayış məntəqəsi aviazərbələrə məruz qalıb.

ANS TV-nin məlumatına görə, hökumətə məxsus Hərbi Hava Qüvvələri üsyançıların mövqelərini atəşə tutub. Əməliyyatlar zamanı, yaşayış binaları da raketlərin hədəfinə tuş gəlib. Məscidin yaxınlığına düşən mərmilərdən biri cümə namazindan çıxan azı 42 nəfərin ölümünə səbəb olub. Ölənlərdən 6-si azyaşlı uşaqdır. Yaralıların əksiyyəti isə, ağır vəziyyətdədir. Aviazərbələr nəticəsində yaxınlıqdakı binada yanğın başlayıb. Mərmilər ətrafdakı onlarla yaşayış binasına dağıdıcı zərər yetirib.

Suriyada davam edən daxili münaqişələr zamanı indiyə qədər ölənlərin sayı 220 minə çatıb.

 

Demokratik.Az