Rusiya Ermənistanı dezinformasiya yaymaqda ittiham etdi

  • 06 dek 2018, 15:01

"Ermənistanın baş nazir əvəzi Nikol Paşinyanın mətbuat katibinin bəyanatı narahatlıq doğurur və onun dedikləri həqiqəti əks etdirmir”.

Avropa.info xəbər verir ki, bunu Rusiya XİN-nin sözçüsü Mariya Zaxarova deyib.

Onun sözlərinə görə, Rusiya prezidentinin köməkçisi Yuriy Uşakovun KTMT-nin sammitinin Ermənistanın təşəbbüsü ilə təxirə salınması ilə bağlı dedikləri dezinformasiya deyil: "Uşakovun bəyanatının təsdiqə ehtiyac yoxdur. Ancaq Paşinyanın mətbuat katibinin bəyanatı məzmun və formasına görə bizdə narahatlıq doğurur”.

Qeyd edək ki, Rusiya prezidenti Yuriy Uşakov KTMT-nin sammiti Ermənistanın təşəbbüsü ilə təxirə salındığını bildirib və bu bəyanat İrəvan tərəfdən əks reaksiya ilə qarşılanıb.

Oxşar xəbərlər