Gürcüstan Fransadan yeni HHM sistemləri alacaq

  • 06 dek 2018, 14:30

Gürcüstan Fransadan yeni hava hücumundan müdafiə sistemləri, zenit-raket kompleksi alacaq.

AZƏRTAC xəbər verir ki, bu açıqlama ilə Gürcüstanın müdafiə naziri Levan İzoria çıxış edib.

Nazir bu gün Fransaya yola düşəcək və səfər çərçivəsində yeni silahların alınması ilə bağlı müqavilə imzalanacaq.

L.İzoria bildirib ki, ordu quruculuğu, silahlı qüvvələrin modernləşdirilməsi Gürcüstan üçün prioritet təşkil edir. Fransadan bundan əvvəl də hava hücumlarından müdafiə üçün zenit-raket sistemləri alınıb. Fransadan bu cür silahların alınması bundan sonra da davam edəcək.

Oxşar xəbərlər