Putin Poroşenkonun telefon zənginə cavab vermədi

  • 28 noy 2018, 08:21

Ukrayna prezidenti Pyotr Poroşenko Ukrayna hərbi gəmilərinin Kerç boğazında saxlanılması ilə əlaqədar Rusiya prezidenti Vladimir Putinlə telefonla danışmaq istədiyini bəyan edib.

Oxu.Az xəbər verir ki, Poroşenko cəhdlərinin uğursuz nəticələndiyi bildirib.

"Dərhal gecə Putinlə telefon danışığı sifariş etdim, lakin cavab ala bilmədik. Ona görə də Angela Merkelə müraciət etməli oldum ki, o, Ukrayna hərbçiləri və gəmilərinin buraxılması ilə bağlı Putinlə danışsın”, – deyə o vurğulayıb.

Oxşar xəbərlər