Əlil erməni əsgər Ermənistan hökumətini təhdid etdi

  • 28 noy 2018, 07:59

İşğal olunmuş ərazilərimizdə yerləşdirilən Ermənistan ordusunun bölmələrindən birində xidmət edərkən xəsarət alaraq əlil olan erməni hərbi qulluqçu Artur Mxitaryan məruz qaldığı qanunsuzluqlar səbəbindən Ermənistan rəhbərliyinə və hüquq-mühafizə orqanlarına şikayət ərizələri göndərib.

Hərbi həkim komissiyasının qərarı ilə tərxis edilmiş işğalçı ordunun 6-cı dağ atıcı alayının keçmiş hərbi qulluqçusu A.Mxitaryan xidmət dövründə aldığı xəsarət nəticəsində əlil olub.

Lakin bu günə qədər o, məsul şəxslərin laqeydliyi səbəbindən təqaüd ala bilmir.

Keçmiş hərbi qulluqçu A.Mxitaryan müsbət cavab almayacağı təqdirdə başqa addımlara əl atacağını bildirib. /ordu.az/

Oxşar xəbərlər