Parisdə EKSPO-2025 sərgisinin keçiriləcəyi şəhər müəyyənləşəcək

  • 23 noy 2018, 09:19

 

 

 

 

 

 

 

 

 

 

 

Bu gün Fransanın paytaxtı Paris şəhərindəBeynəlxalq Sərgi Bürosunun Baş Assambleyasının 164-cü sessiyasında keçiriləcək səsvermə zamanı EKSPO-2025 Ümumdünya Sərgisinin təşkil olunacağı şəhər seçiləcək.

"Report” xəbər verir ki, EKSPO-2025-in keçirilmə hüququna namizədlər arasında BakıYekaterinburq (Rusiya) və Osaka (Yaponiya) şəhərləri var.

Bakı və Yekaterinburqdan fərqli olaraq Osaka 1970-ci ildə bir dəfə bu sərgini qəbul edib. Yaponiyada sonuncu Ümumdünya Sərgisi isə 2005-ci ildə Naqoe şəhərində keçirilib.

EKSPO 170-dən çox ölkənin iştirakı ilə keçirilən ən böyük beynəlxalq sərgidir. Bu ölkələr hər beş ildən bir elm, texnika, memarlıq və incəsənət sahəsində əldə etdikləri ən yaxşı nailiyyətlərini nümayiş etdirirlər.

Bundan əvvəl Parisdə Bakının "Ekspo 2025” Ümumdünya Sərgisinə namizədliyinə həsr olunan simpozium  keçirilib.

Oxşar xəbərlər