Qaşıqçının qatili kimdir? - ABŞ açıqlayacaq

  • 18 noy 2018, 16:07
Noyabrın 20-də ABŞ İstanbuldakı Səudiyyə konsulluğunda vəhşicəsinə öldürülmüş jurnalist Camal Qaşıqçının qətli ilə bağlı tam detallı bir hesabat yayımlayacaq.
 
Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında ABŞ prezidenti Donald Tramp deyib. O, hesabatda qatilin kimliyinə dair məlumatların da olduğunu bildirib.
 
"Bir jurnalistin öldürülməsi qorxunc bir şey oldu. Bazar ertəsi və ya çərşənbə axşamı günü tam bir hesabat təqdim olunacaq".
Oxşar xəbərlər