Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

{time}  
“Siyasi əcəbsəndəl”, yoxsa Paşinyanın seçki siyahısı?
Tarix: 16-11-2018, 19:40 | Bölmə: Xəbərlər / Dünyada

Keçmiş iqtidar partiyası onun seçki siyahısını məhz bu cür qiymətləndirir 

Ermənistan Mərkəzi Seçki Komissiyası növbədənkənar parlament seçkilərində iştirak etmək üçün müraciətlərin qəbulunu başa çatdırıb. Hakimiyyət əksər müxalifət partiyalarının boykot və seçkilərdə iştirakdan imtina barədə qərarına baxmayaraq seçkini keçirməkdə israrlıdır. Prosesdə 11 siyasi subyekt - iki blok və doqquz partiya iştirak edir. Onların da böyük əksəriyyəti Ermənistan Respublika Partiyası istisna olmaqla Paşinyana yaxınlığı olan və ondan necə deyərlər "razılıq” alan partiyalardır. Bloklar qalib gəlmək üçün yeddi, partiyalar isə beş faizlik həddi keçməlidirlər. Rusiya mediası yazır ki, onların qalib gəlmək şansları müxtəlif cür qiymətləndirilsə də, aydın olan tam bir məsələdir –  Ermənistanın yeni parlamentini Paşinyanın lideri olduğu "Mənim addımım” bloksuz təsəvvür etmək mümkün deyil. Sadəcə nə qədər mandat alacaqları bəlli deyil. Blok seçkilərdə özünə şüar da fikirləşib tapıb. Parlamentdə təmsil olunan "Çıxış” blokundan olan deputat Qraçya Akopyan bildirib ki, onlar seçkilərə "Nikol -  baş nazirdir” şüarı ilə gedirlər. Öz növbəsində parlamentin vitse-spikeri Eduard Şarmazanov bildirib ki, "Mənim addımım” blokunun proporsional siyahısı  bu siyasi qüvvənin ideologiyasının olmamasından xəbər verir: "Bu siyahı daha çox siyasi əcəbsəndələ bənzəyir”. Əsas məsələ Respublika Partiyasının parlamentə düşə biləcəyi ətrafındadır.  Bu günlərdə partiyanın sədr müavini seçilən keçmiş müdafiə naziri Vigen Sarkisyan məqsədlərini açıqlayıb – əsas müxalifət partiyası olmaq. Əgər Paşinyan parlamentin yeni Seçki Məcəlləsini qəbul etməyə məcbur edə bilsəydi, onda Respublika Partiyası üçün məqsədlərinə çatmaq bir qədər ağır olardı. Lakin parlamentdə çoxluğa malik "respublikaçılar” yeni Məcəllənin qəbulu cəhdini alt-üst etdilər və seçkilər də bu səbəbdən də əvvəlki qaydada keçiriləcək. Bu qayda isə majoritar və proporsional seçki sistemi şəraitində seçkilərin keçirilməsidir. Siyasi təhlilçi David Petrosyanın fikrincə, bu sistemi keçmiş iqtidar partiyası bir vaxtlar özü üçün fikirləşib tapıb. Onun qənaətincə, bu sistem seçiciləri az qala leqal  şəkildə pulla ələ almağa imkan verir. "Seçici seçkilərdə iştirak edən bütün partiyaların bülletenlərini alır və seçki qutusu qarşısında özünə lazım olan partiyanın bülletenini saxlayır. İstədiyi namizədə səs verməklə yanaşı, eyni vaxtda istədiyi partiyaya səs verir. Yəni onun reytinqinin artırır”, - deyə o bildirib. Öz növbəsində "Əriklər ölkəsi” partiyanın rəhbəri Zaruhi Postancyan indiki rəhbərliyi əvvəlki hakimiyyət kimi Qarabağ məsələsində tutduğu mövqeni sərt tənqid edib. Onun qənaətincə, indiki hakimiyyət münaqişənin həllində güzəştə getməyə hazır görünür. Politoloq Mikael Zolyanın qənaətincə, "respublikaçılar” parlamentdə təmsil olunmaq şansından məhrum olmaq istəmirlər. "İstisna etmirəm ki, ona siyasi və biznes elitasının bir qismi dəstək verə bilər. Eləcə də keçmiş prezident Robert Koçaryan da bu dəstəyi verə bilər”, - deyə o bildirib. Lakin məsələ ondadır ki, Paşinyan Koçaryanı kiməsə dəstək verməkdən məhrum etmək üçün əlindən gələni edir. Belə ki, artıq bəlli olub ki, Ermənistanda 1 mart 2008-ci il hadisələri zamanı ölkənin konstitusiya quruluşunu devirməkdə ittiham olunan keçmiş prezident Robert Koçaryan hələlik azadlıqda qalacaq. Bununla belə Kassasiya Məhkəməsi ötən gün keçirilən iclasında Baş Prokurorluğun Apelyasiya Məhkəməsinin qərarı ilə bağlı vəsatətini qismən təmin edib. Apelyasiya Məhkəməsi keçmiş prezidentin həbsi barədə qərarı ləğv etmişdi, lakin indi bu iş təkrar baxılması üçün apelyasiya instansiyasına qaytarılıb. İki saat müddətində qapalı keçirilən iclasda əvvəlcə Robert Koçaryan da iştirak edib. Daha sonra Kassasiya Məhkəməsi qərarını elan edib. Ermənistan Baş Prokurorluğu Kassasiya Məhkəməsindən Koçaryanın həbsdən azad olunmasına dair Apelyasiya Məhkəməsinin qərarının ləğv olunmasını tələb edir. Beləliklə, prokurorluq keçmiş prezidentin yenidən həbs olunması əzmindədir. Ermənistanın ikinci prezidenti isə bəyan edib ki, onun əlində 2008-ci ilin 1 mart hadisələrinə dair ciddi dəlil rolunda çıxış edə biləcək video-kadrlar var. Bunu Koçaryanın vəkili Ayk Alumyan keçirdiyi mətbuat konfransına deyib. Onun sözlərinə görə, həmin kadrlarda avtobusların arxasında gizlənən aktivistlərin nümayişçilərə necə atəş açdıqları açıq-aydın görünür. Alumyan bəyan edib ki, bu video Koçaryanla bağlı açılan cinayət işi üzrə məhkəmənin çıxardığı ilkin qətimkan tədbirindən şikayət olaraq, şəxsən sabiq prezidentin özü tərəfindən Ermənistanın Kassasiya Məhkəməsinə təqdim edilib. Xatırladaq ki, Robert Koçaryan 2008-ci il martın 1-də ölkədə keçirilən etiraz aksiyalarının dağıdılması zamanı 10 nəfərin ölümü və ölkədə konstitusiya quruluşunu devirmək cəhdi ilə əlaqədar açılan cinayət işi çərçivəsində, həmçinin, maliyyə maxinasiyaları və pulların yuyulmasında ittiham olunur. /kaspi.az/
Xəbər {viewsadd} dəfə oxunub



Bütün xəbərlər

2020 - SİÇAN İLİ NƏLƏR VƏD EDİR?

«    Fevral 2020    »
B.e.Ç.a.ÇC.a.CŞB
 12
3456789
10111213141516
17181920212223
242526272829 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.