“BOĞULURAM, BU KİSƏNİ BAŞIMDAN ÇIXARIN…” – Qaşıqçının son sözləri

  • 13 noy 2018, 09:35

Ərdoğan sözügedən audioyazının mövcudluğunu təsdiqləyib

Türkiyədə qətlə yetirilən səudiyyəli jurnalist Camal Qaşıqçının həyatının son dəqiqələrində dedikləri məlum olub.

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, ərəb telekanalı «Əl-Cəzirə» Türkiyədə öldürülmüş səudiyyəli jurnalist Camal Qaşıqçının son sözlərini dərc edib.

Qaşıqçı Amerikanın «Washington Post» qəzetinin şərhçisi olub və 2017-ci ildən Amerika Birləşmiş Ştatlarında (ABŞ) yaşayıb. O, oktyabrın 2-də Səudiyyə Ərəbistanının Türkiyənin İstanbul şəhərində yerləşən baş konsulluğuna daxil olub və yoxa çıxıb.

Səudiyyə Ərəbistanının dövlət KİV-ləri oktyabrın 20-ə keçən gecə Baş prokurorun belə bir xəbərini yayıblar ki, ilkin məlumatlara görə, Qaşıqçı öldürülüb və onun öldurülməsinə konsulluq əməkdaşları ilə baş vermiş dava səbəb olub. Bu iş üzrə 18 nəfər həbs olunub.

Xəbər verilir ki, Qaşıqçının son sözləri barədə Türkiyənin «Daily Sabah» qəzetinin jurnalisti Nazif Qaraman xəbər verib. Sözlər audio yazılıb və Qaşıqçının işgəncələrlə öldürüldüyünü təsdiqləyir.

«Mən boğuluram… Bu kisəni mənim başımdan çıxarın, mənim klaustrofobiyam var» – deyə, onun son sözləri diqqətə çatdırılır.

Qaramanın sözlərinə görə, audioyazıdan eşidilir ki, jurnalistin qətli yeddi dəqiqəyə yaxın davam edib. O, əlavə edib ki, «Daily Sabah» şəzeti tezliklə Qaıqçının həyatının son dəqiqələri barədə audiofraqmentləri dərc edəcək.

erdoqBundan bir qədər əvvəl «Daily Mail» qəzeti Ağ Evin nümayəndəsi Sara Sandersə istinadla xəbər verib ki, Parisə uçmazdan bir neçə saat əvvəl Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan sözügedən audioyazının mövcudluğunu təsdiqləyib.

Xəbər verilir ki, Türkiyə Prezidenti həmin yazını Səudiyyə Ərəbistanın, ABŞ-ın, Almaniyanın, Fransanın və Böyük Britaniyanın nümayəndələrinə təqdim edib.

Belə… demək olar, bu iş üzrə hər şey aydındır, qalır bircə dünya jurnalistlərinin kütləvi etiraz-həmrəylik aksiyaları düzənləməsi – gözləyək…

Oxşar xəbərlər