Rusiyada azərbaycanlılar quldurluq maddəsi ilə tutuldu

  • 06 noy 2018, 15:27

Rusiyanın Kaluqa vilayətində İsmayıl Cəbrayılov və Qəşəm Mahmudov adlı iki azərbaycanlı quldurluqda təqsirli bilinərək müvafiq olaraq ciddi rejimdə 8 il və 9 il həbs cəzasına məhkum ediliblər.

Rusiya KİV-ləri yazırlar ki, 2017-ci ilin noyabr ayında adı bəlli olmayan başqa şəxslərlə birlikdə onlar "Mercedes” avtomobili ilə "QAZel”in yolunu kəsərək sürücü və bir nəfər sərnişindən quldurluq yolu ilə mobil telefon və 400 min rubldan çox pul (10 min manatdan çox) alıblar.

Məhkəmədə müttəhimlər özlərini qismən təqsirli bilərək tanımadıqları iki nəfərə borcu qaytarmaqda kömək etmək istədiklərini bildiriblər.

Oxşar xəbərlər