ABŞ Türkiyənin NATO-dan çıxmayacağına ümid edir

  • 02 noy 2018, 19:32

ABŞ-ın dövlət katibi Maykl Pompeo bu gün "Tony Katz Radio” proqramına müsahibəsində Türkiyə ilə münaibətlərə dair maraqlı açıqlamaları ilə diqqəti çəkib.

Maykl Pompeo aparıcının Türkiyənin NATO-dakı gələcəyinin risk altında olub-olmaması ilə bağlı sualına "Ümid edirəm ki, yox... Bu, həm ABŞ, həm NATO, xüsusilə də türk xalqı üçün çox kədərli hadisə olardı...”, - deyə cavabını verib.

Dövlət katibi Donald Tramp zamanında Türkiyə ilə münasibətlərin çətin dövrdən keçdiyini etiraf edərək, buna rəğmən müəyyən sahələrdə qarşılıqlı anlaşmaya gəldiklərini də vurğulayıb. ABŞ rəsmisi sözlərinə nümunə olaraq, Suriyadakı ortaq əməkdaşlığı göstərib.

Maykl Pompeo Türkiyə-İran münasibətlərinə də toxunub: "Türkiyə və onun prezidenti Rəcəp Tayyip Ərdoğanın ABŞ-ın İrandan daha yaxın dost olduğunu anlayacağına ümid edirik. Ərdoğan ABŞ, Avropa və NATO ilə daha dərin münasibətlər qurmalıdır”.

Ərdoğan ilə İran rejiminin İslam dünyasının mərkəzini fərqli tarixi güclərlə təmsil etdiyini söyləyən Pompeo Səudiyyə Ərəbstanı kimi ərəb ölkələrinin İsraillə münasibətlər qurmaq istədiyi bir məqamda Türkiyə və İranın fərqli yol tutduğunu diqqətə çatdırıb./Musavat.com/

Oxşar xəbərlər