Almaniyada Merkel dövrü başa çatır: İSTEFA

  • 29 okt 2018, 14:23

Almaniya kansleri Angela Merkel Xristian Demokrat Birliyinin sədri postundan gedir.

"Reuters”in yaydığı məlumata görə, alman kansler partiyasının rəyasət heyətinin toplantısında dekabr ayında keçiriləcək qurultayda liderliyə namizəd olmayacağını bildirib. Angela Merkel bu vəzifəni 2000-ci ildən bu yana tutur.

Merkelin qərarında Hessen əyalətində keçrilən seçkilərin böyük rol oynaıdğı qeyd olunur. (Partiyanın səsləri 38%-dən 27%-ə düşüb)

Almaniyanın "Bild” qəzetinin məlumatında isə Merkelin son reytinqlərdə 24%-ə qədər gerilədiyi bildirlimişdi. Həmin rəy sorğularında "Yaşıllar”ın səslərinin 20%-ə qədər yüksəldiyi qeyd olunub.

Rusiyapərəst "Almaniya üçün Alternativ” partiyasının isə 16% nüfuza malik olduğu ortaya çıxıb.

Oxşar xəbərlər