Tramp Ər-Riyadın izahatından məmnun deyil

  • 23 okt 2018, 08:21

ABŞ prezidenti Donald Tramp Səudiyyə Ərəbistanının jurnalist Camal Kaşıkçının öldürülməsi ilə bağlı izahatından məmnun deyil.

Trend-in məlumatına görə, bu barədə D.Tramp jurnalistlərə bildirib.

D.Tramp deyib: "Mən eşitdiyimdən məmnun deyiləm, lakin bizim ölkəyə edilən bütün bu investisiyaları itirmək istəmirəm. Mən bir milyon iş yerini, 110 milyard dollar investisiyanı itirmək istəmirəm".

Xatırladaq ki, C.Kaşıkçı sənədlərinin rəsmiləşdirilməsi üçün oktyabrın 2-də Səudiyyə Ərəbistanının İstanbuldakı Baş konsulluğuna gəlib. Səudiyyə Ərəbistanı tərəfi onun konsulluqdan çıxdığını bildirsə də bir neçə gün sonra onun İstanbuldakı Baş konsulluqda münaqişə nəticəsində öldüyünü təsdiq edib. Ölkənin baş prokuroru bildirib ki, onun ölümü ilə bağlı Səudiyyə Ərəbistanının 18 təbəəsi saxlanılıb.

Oxşar xəbərlər