İsrail ordusu F-35-ləri yoxlayacaq – Əmr

  • 12 okt 2018, 08:24

İsrail ordusu ölkədəki bütün F-35 qırıcılarında yoxlama aparacaq.

Demokratik.Az Axar.az-a istinadən xəbər verir ki, buna səbəb ötən ay Şimali Karolina ştatında F-35 təyyarəsinin qəzaya uğramasıdır.

İsrail Hərbi Hava Qüvvələrinin komandanı Amikom Norkinin bununla bağlı əmr verdiyi deyilir.

Qeyd edək ki, az öncə Pentaqon dünya üzrə bütün F-35-lərin yanacaq borusunda yoxlamaların aparılacağı barədə açıqlama yaymışdı.

Oxşar xəbərlər