Xəbər lenti
Bütün xəbərlər

ABŞ-ın ağır hərbi texnikası Litvaya gətirilib

  • 15 sen 2018, 20:07

Litva Müdafiə Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumatda ABŞ-ın hərbi texnikasının general Silvestras Jukauskas adına poliqonda keçirilən təlimlərdə iştirak etməsi üçün Pabrade şəhərinə gətirildiyi bildirilir. Birgə təlimlər sentyabrın sonunadək davam edəcək. Litvanın hərbi poliqonunda bir neçə min əsgər məşq keçirə bilər.

AZƏRTAC xəbər verir ki, təlimlər çərçivəsində müxtəlif taktiki əməliyyatlar keçiriləcək, hərbi sursatlardan istifadə ediləcək. Habelə müttəfiqlərin dislokasiya yerinin Litvaya keçirilməsi imkanları yoxlanılacaq.

Litva Müdafiə Nazirliyinin məlumatında bildirilir ki, təlimlərin əsas məqsədi general Silvestras Jukauskas adına poliqonda çoxfunksiyalı atış məşqləri üçün yeni şəraitin qiymətləndirilməsidir.

Çoxfunksiyalı atış meydanının təchizatı üzrə işlər bu yayın sonunda Litva Müdafiə Nazirliyi ilə NATO-nun Təchizat və Təminat Agentliyi (NSPA) arasında Litvada hərbi infrastrukturun inkişafı haqqında saziş çərçivəsində başa çatdırılıb. Poliqonun sahəsinin 85 kvadratkilometrdən 176-dək genişləndirilməsi, işlərə 63,4 milyon avro ayrılması nəzərdə tutulmuşdu.

Oxşar xəbərlər