Xəbər lenti
Bütün xəbərlər

İranda polis bölməsinə hücum – 3 polis öldü

  • 09 sen 2018, 17:04

İranın cənubunda yerləşən Hormozqan vilayətində polis bölməsinə silahlı hücum edilib.

"Qafqazinfo”nun Rusiya KİV-nə istinadla verdiyi məlumata görə, hadisə nəticəsində 2 polis ölüb, daha ikisi isə yaralanıb.

Xəstəxanaya yerləşdirilən polislərdən biri xəstəxanada dünyasını dəyişib.

İran hüquq-mühafizə orqanları hücum edən şəxsləri axtarır.

Oxşar xəbərlər