Gürcüstanda NONSENS: - Çadra və niqab qadağan oluna bilər

  • 09 sen 2018, 15:12

Gürcüstanda ictimai yerlərdə çadra və niqab qadağan oluna bilər.

Oxu.Az Georgia Online saytına istinadən xəbər verir ki, qanunvericiliyə müvafiq dəyişikliklərin edilməsi təşəbbüsü ilə "Patriotlar alyansı” fraksiyasının üzvü Emzar Kvitsiani çıxış edib.

 

 

Tezliklə Gürcüstan parlamentinin büro iclasında deputatın hazırladığı qanun layihəsi müzakirəyə çıxarılacaq. Təklifə əsasən, Gürcüstanda ictimai nəqliyyatda, park və skverlərdə çadra və niqabdan istifadə edən qadınlar 500 lari cərimələnəcək. Təkrar hal baş verərsə, cərimə 1500 lari olacaq.

Qadağa Gürcüstanda akkreditə olunmuş diplomatik korpusun qadın əməkdaşlarına şamil olunmur.

Oxşar xəbərlər