Böyük Britaniyada neft emalı zavodunda YANĞIN

  • 23 avq 2018, 11:45
Böyük Britaniyanın Çeşir qraflığında "Essar Oil UK" şirkətinin neft emalı zavodunda yanğın baş verib. 

Müəssisənin yüzlərlə işçisinin təxliyyə olunduğu bildirilir. 

Hadisə yerinə 6 yanğınsöndürən maşın və canlı qüvvə cəlb olunub. 

Xəbərdə qeyd olunur ki, zavodda Böyük Britaniyanın mühərrik yanacağının 16 faizi istehsal olunur. 

Ölən və yaralılar barədə hələlik məlumat yoxdur. /bbc/
Oxşar xəbərlər