KOFİ ANNAN VƏFAT ETDİ

  • 18 avq 2018, 18:43
BMT-nin keçmiş baş katibi Kofi Annan vəfat edib.

Demokratik.Az xəbər verir ki, 81 yaşlı siyasətçinin ölümü barədə BMT-nin beynəlxalq miqrasiya təşkilatı məlumat yayıb:

"Bu gün böyük insan, BMT-nin baş katibi, lider və vizionçu Kofi Annan vəfat edib”.
Kofinin mikrobloqunda da onun ailəsi və fondunun məlumatı var. Məlumatda deyilir ki, Kofi Annan 18 avqust tarixində uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib. Annan ailəsi yas mərasimində narahat edilməməklərini xahiş ediblər.

Mərhumla vida mərasimi və dəfnin nə zaman harada keçiriləcəyi barədə əlavə məlumat verəcək.
Oxşar xəbərlər