Vitse prezident: “Türkiyə səhv yoldadır...”

  • 16 avq 2018, 00:41
Vitse prezident: "Hər bir amerikalı rahib Branson üçün dua etməlidir.”
Türkiyə ilə ABŞ arasında gərginlik davam edir. Rəsmi olaraq rahib Bransonun həbs olunması və hələ də sərbəst buraxılmaması bu gərginlik üçün bir bəhanədir. Amma, ABŞ tərəfi bu bəhanəni məharətlə davam etdirir. Elə bu dəqiqələrdə rahib Bransonun ev dustaqlığına buraxılmasına olan etirazın rədd edilməsinə ABŞ-ın vitse-prezidenti Mayk Pens Tvitterdə sərt reaksiya verib.
Vitse prezident Mayk Pens Ankaranı hədəfə alan bir açıqlama verib. Pens: ” Türkiyə Trampın qərarını sınaq etməsə daha yaxşı olar”
Pens:” Rahib Branson Türkiyədə tutulan günahsız bir insandır və ədalət onun azad edilməsini tələb edir. Türkiyə  xarici ölkələrdə haqsız yerə həbs edilən amerikalıların evlərinə, ABŞ-a dönmələri istiqamətində ABŞ prezidentinin qərarlılığını sınaqdan keçirməsə yaxşı edər. ABŞ prezidenti və mən, rahib Branson sərbəst buraxılıb Amerikadakı ailəsinə, dostlarına və kilsəsinə dönənə qədər geri çəkilməyəcəyik. Hər bir amerikalı bu inanclı adam evinə gələnədək rahib Branson və arvadı Moreen üçün dua etməlidir. Türkiyə səhv yoldadır, həm də indi yox”
Oxşar xəbərlər