DİN həftəsonu baş vermiş cinayət hadisələri ilə bağlı məlumat yaydı

  • 16 iyul 2018, 09:37

DİN iyul ayının 14-dən 16-dək daxili işlər orqanlarında qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumat yayıb.

Musavat.com həmin məlumatı təqdim edir:

- Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 177 cinayət faktı qeydə alınmış, onların da 27-si "isti izlər”lə açılmışdır. 

- Əvvəlki dövrlərdən bağlı qalmış 3 cinayətin açılması təmin olunmuşdur. 

- Axtarışda olduğuna görə ümumilikdə 20 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 8 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilmişdir.

- Respublikanın avtomobil yollarında 11 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 7 nəfər ölmüş, 22 nəfər xəsarət almışdır. 
- Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 13 fakt müəyyən edilmişdir. 

- Cinayət törətməkdə şübhəli bilinən 41 nəfər saxlanılmışdır.

Oxşar xəbərlər