Tramp Belçikaya gəldi

  • 11 iyul 2018, 10:22

ABŞ Prezidenti Donald Tramp Belçikaya gəlib.

Axar.az xəbər verir ki, o, Brüsseldə NATO ölkələrinin sammitində iştirak edəcək. Tramp Brüsselə həyat yoldaşı Melaniya Trampla gəlib.

Brüsseldəki sammitdən sonra Trampın Avropanın digər ölkələrinə də səfəri gözlənilir. O, Belçikadan birbaşa Britaniyaya yollanacaq və burada Baş nazir Tereza Mey, kraliça Yelizaveta ilə görüşəcək. Bundan sonra isə o, Finlandiyaya səfər edəcək və burada Rusiya Prezidenti Vladimir Putinlə görüş keçirəcək.

Oxşar xəbərlər