Suriya ordusu İsrailin döyüş təyyarəsini vurdu

  • 09 iyul 2018, 23:33

israil mənbələri isə hadisəylə bağlı açıqlama verməkdən çəkinib. 

Suriyalı hərbi mənbə SANA-ya verdiyi açıqlamada, T-4 hava bazasına hücum edən İsrail döyüş təyyarələrindən birini vurduqlarını bildirib.


Sözügedən hərbi mənbə, bu hadisənin əsasında əməliyyata qatılan İsrailin digər döyüş təyyarələrinin bölgədən qaçmaq məcburiyyətində qaldıqlarını bildirib.

Suriya televiziyası isə T-4 hava bazasına təşkil olunan hücumun yalnız maddi zərərə səbəb olduğunu elan edib.

İsrail mənbələri isə hadisəylə bağlı açıqlama verməkdən çəkinib.


Suriya ordusu İsrailin döyüş təyyarəsini vurdu
Oxşar xəbərlər