Ərdoğanın ANDİÇMƏ VAXTI açıqlandı

  • 02 iyul 2018, 10:15

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın inauqurasiya mərasimi iyulun 9-da keçiriləcək.

Demokratik.Az bildirir ki, 1 gün öncə isə Türkiyə Parlamenti deputatlarının andiçmə mərasimi keçiriləcək.

Qeyd edək ki, iyunun 24-də Türkiyədə parlament və prezident seçkiləri keçirilib.

Seçicilərin 87 faizi səsvermədə iştirak edib.

R.T.Ərdoğan prezident seçkilərində seçicilərin səslərinin 52,82 faizini toplayaraq yenidən Türkiyə Prezidenti seçilib. /mənbə - trend/

Demokratik.Az

Oxşar xəbərlər