Xəbər lenti
Bütün xəbərlər

Ərdoğan: Türkiyə 4 milyona yaxın qaçqın qəbul edib

  • 20 iyun 2018, 16:59

Türkiyə 4 milyona yaxın qaçqın qəbul edib, onlardan 3,5 milyonu suriyalı qaçqınlardır.

Trend-in məlumatına görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

O qeyd edib ki, Türkiyə qaçqınların normal şəraitdə yaşadığı nadir ölkələrdəndir:

"Avropa İttifaqı ölkələri suriyalı qaçqınları qəbul etməkdən imtina edərkən Türkiyə suriyalı və iraqlı qaçqınlara qapılarını açdı”.

Qeyd edək ki, BMT Baş Assambleyasının 2000-ci ildə qəbul olunmuş qətnaməsinə əsasən BMT-nin "Qaçqınlarin statusu haqqında” 1951-ci il Konvensiyasının 50-ci ildönümü ilə əlaqədar 2001-ci ildən etibarən 20 iyun Ümumdünya Qaçqınlar Günü elan edilib. Dünyada hər il bu günlə bağlı tədbirlər keçirilir.

Oxşar xəbərlər