Türkiyə ordusu PKK-nın 9 terrorçusunu zərərsizləşdirib

  • 19 iyun 2018, 09:28

Türkiyənin Hərbi Hava Qüvvələri İraqın şimalındakı Zap, Avaşin-Basyan ərazilərinə, habelə Hakkari vilayətinə, Çukurçaya hava zərbələri endirib.

"Report" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bu barədə ölkənin Hərbi Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Məlumatda bildirilir ki, hava zərbələri nəticəsində PKK-nın 9 terrorçusu məhv edilib. Zərbələr zamanı həmçinin terrorçuların sığınacağı və silah anbarı da məhv edilib.

Oxşar xəbərlər