CHP nümayəndə heyəti Yunanıstana buraxılmadı

  • 31 may 2018, 16:32
CHP-nin nümayəndə heyətinin Yunanıstana daxil olmasına icazə verilməyib.
 
Modern.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, bu gün Cumhuriyyət Xalq Partiyasının prezidentliyə namizədi Muharrem İncə, bəzi deputatları, jurnalistlər və bələdiyyə başçıları Yunanıstana yollanıb. Muharrem İncəyə ölkəyə daxil olsa da, CHP-nin nümayəndə heyətinə icazə verilməyib.
 
Verilən məlumata görə, sərhəddə yoxlanışdan keçən nümayəndə heyəti uzun müddət gözləməyə məcbur olub. 3 saatdan sonra onlara bildirilib ki, ya geri qayıtmalıdırlar, ya da çox uzun müddət burada gözləməlidirlər. CHP-lilər səfərin siyasi məqsəd daşımadığını desə də, onlara keçid üçün icazə verilməyib.
 
Qeyd olunur ki, nümayəndə heyətinin ölkəyə gələcəyi əvvəlcədən Yunanıstanın Xarrici İşıər Nazirliyinə bildirilməyib. Təfərrüatlar İncə Türkiyəyə qayıtdıqdan sonra məlum olacaq.
 
Demokratik.Az
Oxşar xəbərlər