ABŞ ordusu Suriyadan çıxacaqmı? - Açıqlama

  • 21 may 2018, 18:46

ABŞ yaxın zamanlarda hərbi qüvvələrini Suriyadan çıxarmayacaq.

Axar.az xəbər verir ki bunu rusiyalı politoloq Vitali Naumkin Valday klubunun "Rusiya Yaxın Şərqdə: Polifoniya harmoniyası” hesabatının təqdimatı zamanı deyib.

"Yaxın Şərqdə regional güclərin rolu artır. Lakin regiona qlobal güclərin cəlb edilməsi yenə də yüksək ehtimal olaraq qalır. ABŞ bu gün Suriyadan gedəcəyini deyir, amma onların Suriyaya cəlbi o qədər böyükdür ki, buna inanmaq çətindir”, - o bildirib.

Oxşar xəbərlər