Paşinyan diqtə etdi - 2 məmur işdən getdi

  • 10 may 2018, 18:21

Ermənistan prezidenti Armen Sarkisyan ölkənin Baş Polis İdarəsinin rəisi Vladimir Qasparyanı və Təhlükəsizlik Xidmətinin direktoru Georgi Kutoyanı vəzifələrindən azad edib.

Trend-in məlumatına görə, A.Sarkisyan artıq bununla bağlı müvafiq fərman imzalayıb.

Qeyd edək ki, bu gün səhər saatlarında baş nazir Nikol Paşinyan həmin şəxslərin vəzifədən azad edilməsi ilə bağlı A.Sarkisyana müraciət etmişdi.

Xatırladaq ki, mayın 8-də parlament N.Paşinyanı Ermənistanın baş naziri seçib.

Demokratik.Az

Oxşar xəbərlər