İraq İŞİD-in Suriyadakı obyektinə zərbələr endirdi

  • 25 apr 2018, 09:38
İraqın Hərbi Hava Qüvvələri koalisiyanın köməkliyi ilə terrorçu İŞİD-in obyektinə zərbələr endirib.
"Report"un verdiyi xəbərə görə, bu barədə ABŞ rəhbərliyi altında koalisiya nümayəndəsi Rayan Dillon bildirib.
"Bu həftə İraqın Hərbi Hava Qüvvələri bizə məlum olan və İŞİD yaraqlılarının daşınması üçün istifadə edilən baş qərargaha zərbələr endirib. Bu çətin əməliyyat İraqın təhlükəsizlik qüvvələri və koalisiyanın köməkliyi ilə planlaşdırılıb və həyata keçirilib", - R.Dillon deyib. 
Oxşar xəbərlər