Yerevanda itaətsizlik aksiyaları başladı

  • 23 apr 2018, 12:12

Yerevanda Serj Sarqysanın baş nazir olmasına etiraz tələbi ilə keçirilən aksiya itaətsizlik aksiyalarına çevrilib.

"Report” TASS-a istinadən xəbər verir ki, nümayiş iştirakçıları şəhərin bir neçə başlıca küçəsini bağlayaraq, hökumətə qarşı şüarlar söyləyirlər.

Hazırda Yerevanın Acapnyak rayonunda vəziyyət çox gərgindir.

Aprelin 22-də Ermənistanın Baş Prokurorluğu müxalifətdə olan deputatlar Nikol Paşinyan, Ararat Mirzoyan və Sasuna Mikaelyanın qanunsuz toplantı keçirdikləri üçün tutulduqlarını təsdiqləyib.

Oxşar xəbərlər