Putin kosmik peykləri vura biləcək silah düzəldir

  • 16 apr 2018, 18:59

Bu ilin mart ayında Rusiya prezidenti Vladimir Putin dünyanı atom mühərriki ilə hərəkət edən və istənilən hədəfi vurmağa qadir olan raketlərin virtual nümayişi ilə təəccübləndirmişdi.

ABŞ-ın "The Daily Beast” saytının icmalçısı Ankit Panda Rusiyanın indi də kosmik peyklər əleyhinə yeni silahlar təkmilləşdirdiyini yazır.

"Putinin Federal Şuraya müraciətindən cəmi 1 ay sonra Rusiya hərbçiləri eksperimental anti-peyk silahını sınaqdan keçiriblər. "Nudol” (və ya PL19) adlandırılan bu silah 2015-ci ildə azı 6 dəfə test edilib. Sonuncu sınaqlarda raket qurğudan buraxılıb və yekunda onun kosmosa buraxılması üçün istifadəsi gözlənilir. Bu isə hazırlıqların yolunda getdiyini göstərir,” - məqalədə yazılıb.

Müəllif Rusiyanın anti-peyk sliahlarına olan marağının artmasını Putinin qəbul olunan beynəlxalq hüquq normalarına növbəti meydan oxuması kimi dəyərləndirir və Çinin 2007-ci ildə metereologiya peykini vurması nəticəsində yaranan fəlakətli vəziyyəti xatırladır. Qeyd olunur ki, Çinin bu hərəkəti sayəsində peykin qalıqları kosmik orbitdə bir çox aparat üçün ciddi təhükə törədib.

"Nudol” isə "kinetik yaxalayacılar” kateqoriyasına daxil edilir. ABŞ-ın özü kosmosda yaxalayıcı silahların işlənib hazırlanması üçün milyardlarla pul xərcləyib. ABŞ-ın əsas məqsədi raket əleyhinə müdafiədə tətbiq olunacaq "birbaşa hədəfə vurma "texnologiyalarının təkmilləşdirilməsidir.

"Həm "Nudol”, həm də C-500 tipli "yer-hava” tipli raket kompleksləri birbaşa hədəfə vurmaq üçün mükəmməl sistemlər sayılır”, - məqalədə yazılıb.

Yazıda Rusiyanın ABŞ-dan fərlqi olaraq nüvə başlıqlı yaxalayıcı raketlərdən vaz keçmədiyi göstərilir. "Nüvə başlıqlı yaxalayıcı raketlər ABŞ-la münaqişə zamanı tətbiq olunduqda hərbi məqsəd daşımayan və 3-cü ölkələrə məxsus olan onlarla peyki sıradan çıxara bilər”.

Yazıda SSRİ-nin 1983-cü ildə Ronald Reyqan tərəfindən "Strateji müdafiə təşəbbüsü” adlı proqramın elanından sonra anti-peyk silahlarının işlənib hazırlanma prosesini durdurduğu qeyd olunub. Son illərə qədər Moskva bu moratoriuma əməl edib.

Lakin indi vəziyyət dəyişib və ABŞ kəşfiyyatının məlumatına görə, Rusiya xüsusi olaraq anti-peyk missiyasını yerinə yetirəcək "Nudol” sisteminii yenidən quraşdırır.

Müəllif ABŞ ordusunun Çin və Rusiyadan fərqli olaraq böyük bir qisminin peyklərdən asılı olduğunu yazaraq bunu olduqca böyük təhlükə hesab edir.

"Burada yeganə yaxşı xəbər Çinin 2007-ci ildə SC19 tipli raketinin sınaqlarının gətirdiyi fəlakətli nəticələrə görə beynəlxalq hüququn "sabit orbitdə yerləşən peyklərə zərbə vura bilən kinetik silahların işlədilməsini qadağan edən” normasının yenidən aktuallaşmasıdır. Həmin vaxt beynəlxalq birlik yekdilliklə Çinin fəaliyyətini kəskin surətdə qınamışdı”.

Müəllif ABŞ-ın beynəlxalq hüququn bu normasından bərk yapışmalı olduğunu düşünür: "Moskvanın beynəlxalq hüquq normalarına olan ikrahamiz münasibəti onu yenidən antipeyk silahlarının sınaqlarını həyata keçirə biləcəyi təhlükəsini böyüdür. Putinin son dövrlərdəki "raket millətçiliyi” mübtəlası peyklərin vurulması ilə bağlı sınaqların rus silahının gücü və imkanlarının nümayişinin növbəti tamaşasını gətirəcək”, - müəllif yekunda bildirir.

Demokratik.Az

Oxşar xəbərlər