Xəbər lenti
Bütün xəbərlər

İŞİD-in yaradıcısı öldürüldümü?

  • 24 noy 2014, 20:29

İŞİD-in yaradıcılarından  Ömər Əl-Cərisin öldürüldüyü xəbəri yayılıb.Demokratik.Az xarici mətbuata istinadən xəbər verir ki, Mosul istiqamətində İŞİD-ə qarşı təşkil olunan hava hücumlarında İŞİD-in yaradıcılarından olan ,  "Əbu Həsən El Cəzravi" adı ilə tanınan  Ömər Əl-Cərisin öldürüldüyü açıqlanıb.

Bu barədə  Kürdüstan Demokratik  Partiyasınıın   (KDP) Mosul şəhəri  üzrə səlahiyyətli nümayəndəsi   İsmət Rəcəb məlumat verib. O, açıqlamasında bildirib ki,  Ömər Əl-Cərisin kortejinə  3 raket atılıb. Nəticədə terorçu və ətrafındakı bəzi silahdaşları məhv edilib.  

 

Məltəm Talıbzadə