Fransa Suriyaya hərbçi göndərməyəcək

  • 30 mart 2018, 21:37

"Fransa Suriyaya hərbçi göndərməyəcək və bu ölkədə heç bir əməliyyat həyata keçirməyi planlaşdırmır”

 


"Report” xəbər verir ki, bunu Fransanın Yelisey sarayının adının açıqlanmasını istəməyən rəsmi nümayəndəsi "Anadolu” agentlyinə müsahibəsində bildirib.

Fransa Prezidenti Admistrasiyasının təmsilçisi ölkəsinin Suriyaya hərbçi göndərəcəyi ilə bağlı xəbərləri təkzib edib.

O, Fransa prezidenti Emmanuel Makronun terrorçu PKK/YPG-PYD-dən formalaşan Suriya Demokratik Qüvvələrinin (SDQ) nümayəndə heyəti ilə görüşdən sonra Fransanın Suriyaya qoşun göndərəcəyi haqqında ölkə KİV-ində yayılan məlumatları şərh edərkən deyib: "Mətbuatda bu məsələyə dair fərqli informasiyalar yayılıb. Ancaq məsələ ilə bağlı rəsmi Parisin mövqeyi dəyişməyib. Fransa Suriyaya hərbçi göndərməyəcək və bu ölkədə yeni heç bir əməliyyat keçirməyi planlaşdırmır. Biz İŞİD-ə qarşı mübarizədə beynəlxalq koalisiya çərçivəsində fəaliyyətimizi davam etdiririk”.

Qeyd edək ki, Fransa prezidenti Emmanuel Makronun Suriya Demokratik Qüvvələrinin təmsilçiləri ilə görüşüb. SDG təmsilçiləri görüşdən sonra mətbuata açıqlama veriblər və Fransanın Suriyaya hərbçi göndərəcəyini söyləyiblər.
 
Demokratik.Az
Oxşar xəbərlər