Türkiyə İraqda antiterror əməliyyatlarına başlayıb
- 26 mart 2018, 10:54
Türkiyə İraqın Sincar rayonunda antiterror əməliyyatlarına başlayıb.
Trend-in məlumatına görə, bunu Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.
Türkiyə prezidenti deyib: "Mən bizim Sincara daxil olmağa hazır olduğumuzu bildirmişdim və indi bu rayonda əməliyyatlar artıq başlayıb. Türkiyə terrorçularla mübarizəni öz torpaqlarında və qonşu ölkələrdə aparır”.
Rəcəb Tayyib Ərdoğan əlavə edib ki, Suriyanın Afrin bölgəsində aparılan "Zeytun budağı” əməliyyatının əvvəlindən 3747 terrorçu məhv edilib.
Xatırladaq ki, yanvarın 20-də Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin bölgəsində PYD, YPG və İŞİD terrorçularına qarşı əməliyyata başlayıb. "Zeytun budağı” adı altında keçirilən əməliyyatlara Türkiyə Hərbi Hava Qüvvələrinin "F-16″ təyyarələri də cəlb olunub.
Demokratik.Az