ABŞ ordusu Liviyanın cənubunda terrorçulara zərbələr endirib

  • 25 mart 2018, 11:21

ABŞ-ın Hərbi Hava Qüvvələrinin təyyarələri Liviyanın cənubunda terrorçuların mövqelərinə zərbələr endirib.

"Report" xarici mətbuata istinadən xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Afrikadakı komandanlığının (AFRICOM) nümayəndəsi bildirib.

O, bildirib ki, zərbə Ubari yaxınlığındakı əraziyə endirilib. Zərbə nəticəsində 2 terrorçu öldürülüb.

Əməliyyat Liviyanın Milli barışıq hökuməti ilə razılaşdırılıb.

Demokratik.Az

Oxşar xəbərlər