Ərdoğan: Afrin şəhəri tam nəzarətə götürülüb

  • 18 mart 2018, 14:14

"Afrin şəhər mərkəzi bu gün saat 08.30 radələrində Türkiyə ordusunun dəstəyi ilə müxalif Azad Suriya Ordusu tərəfindən tam nəzarətə götürülüb".

 

APA-nın Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, bunu bu gün Çanaqqala zəfərinin 103-cü ildönümünə həsr edilmiş təntənəli mərasimdə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

 

R. T. Ərdoğan PPK terror təşkilatının Suriya qolu PYD/YPG terrorçularının şəhərdən qaçdıqlarını bildirib.

 

Qeyd edək ki, bu il yanvarın 20-də Türkiyə ordusu müxalif Azad Suriya Ordusu ilə birlikdə Suriyanın Afrin bölgəsini PKK terror təşkilatının Suriya qolu PYD/YPG terrorçularından təmizləmək üçün "Zeytun budağı" əməliyyatına başlayıb.

 

Demokratik.Az

Oxşar xəbərlər