Ərdoğan Rusiyaya səfər edəcək

  • 14 mart 2018, 20:55
Putin və Ərdoğan görüşünün tarixi bəlli oldu.

 
 
 
 
Rusiya prezidenti Vladimir Putin və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rus-Türk Əməkdaşlıq Şurasının iclası üçün aprelin 3-də Ankarada bir araya gələcək.

Bu barədə Moskvada həmkarı Sergey Lavrovla görüşü zamanı Türkiyə XİN-in rəhbəri Mövlud Çavuşoğlu məlumat verib. O, bildirib ki, Ankaradakı görüşün ardından Astana prosesinin qarant ölkələri olan Rusiya, Türkiyə və İran liderlərinin İstanbulda ikinci zirvə sammiti baş tutacaq.

Görüşdə Ərdoğanın yaxın zamanda Rusiyaya səfər edəcəyi də açıqlanıb.
Oxşar xəbərlər