Xəbər lenti
Bütün xəbərlər

"Bütün ölkələr bizi aldatdı" - Tramp

  • 06 mar 2018, 09:57

Polad və alüminium idxalına qarşı əlavə gömrük vergisinin tətbiqi ilə bağlı qərarımızdan geri çəkilməyəcəyik.

Axar.az xəbər verir ki, bu barədə Netanyahu ilə görüşdən sonra keçirdiyi mətbuat konfransında jurnalistlərin sualını cavablandıran ABŞ Prezidenti Donald Tramp deyib.

ABŞ-ın ticarətdə bütün ölkələr tərəfindən aldadıldığını bildirən Tramp bu sözləri qeyd edib: "İnsanlar bunu anlamaq məcburiyyətindədir. Ölkəmiz ticarətdə dünyadakı bütün ölkələr tərəfindən aldadıldı. Dost olsun, düşmən olsun, hər kəs bizi aldatdı - Çin, Rusiya, çox yaxşı münasibətdə olduğumuzu düşündüyümüz Avropa Birliyi də. Onlarla iş qura bilmirik, çünki buna imkan vermirlər, gömrük tariflərindən daha pis ticarət baryerləri var".

Qeyd edək ki, ABŞ-ın Avropadan polad və alüminium idxalına qadağa qoyması ABŞ-AB arasında ciddi narazılıqlara səbəb olub. Tramp ötən gün AB-nin cavab tədbirləri barədə açıqlamasına reaksiyasında "Avropa istehsalı olan avtomobillərin idxalına da vergi tətbiq edərik" hədəsi ilə cavab vermişdi.

Demokratik.Az

Oxşar xəbərlər