Tramp Rusiyaya qarşı sanksiyaların müddətini uzatdı

  • 03 mart 2018, 10:59

ABŞ prezidenti Donald Tramp cümə günü Rusiyaya qarşı tətbiq olunan sanksiyaların müddətini daha bir il artırdı. Bu barədə Trend Ağ Evin mətbuat xidmətinə istinadən xəbər verir.

"Mən 13660 nömrəli fərmanla elan olunmuş fövqaladə (sanksiya) vəziyyətinin müddətini bir il uzadıram", deyə ABŞ prezidenti bildirib.

Qeyd edək ki, söhbət Barak Obama tərəfindən 6 mart, 16 mart, 20 mart və 19 dekabr 2014-cü il tarixlərində Rusiyaya qarşı tətbiq olunan məhdudlaşdırıcı tədbirlərin qüvvədə olma müddətinin uzadılmasından gedir.

Demokratik.Az

Oxşar xəbərlər