ABŞ-da məktəbə silahlı saldırı - 17 nəfər ölüb(FOTO, VİDEO)

  • 15 fev 2018, 07:36

ABŞ-da məktəbdə silahlı insident baş verib.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, hadisə Parkland şəhərində (Florida ştatı) qeydə alınıb. İlkin məlumata əsasən, məktəbdə baş verən atışma nəticəsində azı 20 nəfər yaralanıb. Hadisə yerinə polis və təcili tibbi yardım briqadaları cəlb edilib.

***

Çərşənbə günü ABŞ-ın Florida ştatında yerləşən məktəblərdən birində silahlı insident baş verib.

"Report” TASS-a istinadən xəbər verir ki, bu barədə hadisənin qeydə alındığı Brouard dairəsinin şerif idarəsi öz rəsmi "Twitter" səhifəsində məlumat yayıb.

Hadisə nəticəsində azı 1 nəfər ölüb, 20-si yaralanıb. Əraziyə bir neçə "təcili yardım" maşını cəlb olunub. Hüquq-mühafizə orqanları əməkdaşları məktəb ərazisində əməliyyat aparırlar.

İlkin olaraq hadisəni məktəb şagirdlərindən birinin törətdiyi bildirilir.

***

ABŞ-ın Parkland şəhərində məktəbdə atəş açan şəxs polis tərəfindən saxlanılıb.

APA-nın məlumatına görə, bu barədə "Fox News” xəbər verib

İlkin məlumata əsasən, insident nəticəsində azı 50 nəfər yaralanıb, 1 nəfər ölüb. Ölənlərin sayının artacağı istisna olunmur.

Hadisə yerində polis və təcili yardım briqadaları işləyir.

ABŞ prezidenti Donald Tramp hadisə qurbanlarının ailələrinə başsağlığı verib.

***

ABŞ-ın Parkand şəhərində (Florida ştatı) məktəbdə baş verən silahlı insident nəticəsində 7 nəfər ölüb.

APA-nın məlumatına görə, bu barədə CBS telekanalı xəbər verib.

Məlumata əsasən, məktəbdə atəş açan şəxs tüfəngdən istifadə edib.

Yaralıların sayının ən azı 14 nəfər olduğu bildirilir. Ölənlərin sayı barədə hələ ki, rəsmi məlumat verilmir.

Atəş açan şəxs saxlanılıb, onun adı açıqlanmır.

***

ABŞ-ın Parkand şəhərində (Florida ştatı) məktəbdə baş verən silahlı insident nəticəsində 15 nəfər ölüb, 50-yə yaxını müxtəlif dərəcəli xəsarətlər alıb.

APA-nın məlumatına görə, bu barədə CBS telekanalı xəbər verib.

Məlumata əsasən, məktəbdə atəş açan şəxs tüfəngdən istifadə edib.

Yaralıların sayının ən azı 14 nəfər olduğu bildirilir. Ölənlərin sayı barədə hələ ki, rəsmi məlumat verilmir.

Atəş açan şəxs saxlanılıb, onun adı açıqlanmır.

***

ABŞ-ın Parkand şəhərində (Florida ştatı) "Marjory Stoneman Douglas” məktəbində baş verən silahlı insident nəticəsində 17 nəfərin öldüyü təsdiqlənib.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Brouder dairəsinin şerifi Skott İsrael bildirib.

Onun sözlərinə görə, 12 nəfər məktəbdə, 3 nəfər məktəbin qarşısında güllələnərək öldürülüb, daha 2 nəfər isə xəstəxanada keçinib. "Ölənlər arasında həm şagirdlər, həm də böyüklər var”, deyə S.İsrael əlavə edib. Yaralıların sayını açıqlamayan polis nümayəndəsi bir neçə nəfərin xəstəxanada əməliyyata götürülməsini təsdiqləyib.

"Məktəbdə atəş açan 1999-cu il təvəllüdlü Nikolas Kruz saxlanılıb. Bundan əvvəl o daxili nizam-intizam qaydalarını pozduğuna görə məktəbdən xaric edilib”, deyə S.İsrael bildirib.

Qeyd edək ki, Parkland şəhəri Mayamidən 60 km şimalda yerləşir.






 

Demokratik.Az

 

Oxşar xəbərlər