Suriya sərhədində İsrailin “F-16”sı vurulub

  • 10 fev, 11:03
  • baxış sayı: 300

İsrail Silhalı Qüvvələrinə məxsus "F-16” qırıcı İsrail-Suriya sərhədində yerə düşüb.

"Report” "Haber7”yə istinadən xəbər verir ki, Suriya tərəfindən açılan raket atəşindən sonra yerə düşən təyyarənin pilotları yaralanıblar.

Onların xilas edildiyi bildirilib.

İsrail KİV-i iddia edib ki, Suriya tərəfindən atılan raketlər ölkədə "qırmızı” həyəcan siqnalının çalınmasına səbəb olub. Həyəcan siqnalı əvvəlcə Colan təpələrində yerləşən Beyt Şeanda, onun ardınca başqa yerlərdə çalınıb.

Qeyd edək ki, həmin qırıcının Suriyanın hava məkanından İsrailə keçmək istəyən İrana məxsus Pilotsuz Uçan Aparatı ələ keçirdiyi barədə məlumat yayılmışdı.

Hadisəyə rəsmi mənbələr hələlik münasibət bildirməyib.

Oxşar xəbərlər