Türk ordusu daha bir dağı ələ keçirdi

  • 04 fev 2018, 16:45

Türkiyə Silahlı Qüvvələri və Azad Suriya Ordusunun Afrinin şimalında Bülbül bölgəsində yerləşən Huruz dağını azad etmək üçün başlatdığı hücum uğurla nəticələnib.

Axar.az xəbər verir ki, bu barədə "Anadolu” agentliyi informasiya yayıb.

Huruz dağının alınması ilə Bülbül bölgə mərkəzinin təhlükəsizliyi təmin olunub. Hazırda dağın yaxınlığındakı ərazilər terrorçulardan təmizlənir.

Qeyd edək ki, Türkiyənin "Zeytun budağı” əməliyyatı çərçivəsində hələlik 31 məntəqə terrorçulardan təmizlənib.

Oxşar xəbərlər