Fələstin İsraili dövlət kimi tanımadı

  • 16 yan 2018, 07:38

Fələstin İsraili dövlət kimi tanımaqdan imtina edib.

APA-nın "RT”-yə istinadən verdiyi xəbərə görə, bu barədə Fələstin Azadlıq Təşkilatının (FAT) toplantısında qərar verilib.

Məlumata əsasən, İsrail Fələstini 1967-ci ilin sərhədləri çərçivəsində tanımayanadək, Fələstin torpaqlarında məskunlaşma siyasətinə və Şərqi Qüdsün ilhaqına son qoymayanadək Fələstin İsraili dövlət kimi tanımayacaq.

Bundan əvvəl, Fələstin lideri Mahmud Abbas İsraili 1993-cü il sazişini pozmaqda ittiham edib. 1993-cü ildə İsrailin baş naziri İshaq Rabin və Fələstin Azadlıq Təşkilatının (FAT) sədri Yasir Ərəfat müvəqqəti özünüidarə tədbirləri üzrə bəyannamə (Oslo sazişini) imzalayıblar. Fələstin özünüidarə orqanları məhz həmin saziş əsasında fəaliyyət göstərir.

Oxşar xəbərlər