Ərdoğan Əsədi dövlət terrorçusu adlandırdı

  • 27 dek 2017, 16:46

Əsəd Suriyada dövlət terroru təşkil etmiş bir terrorçudur.

"Demokratik.Az" xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

"Suriyada Əsədlə davam etmək mümkün deyil. Niyə? Bir milyona yaxın insan öldürüldü. Suriya xalqı belə bir insanı başda görmək istəyər? Belə birinə "onunla davam edəcəyik” deyə bilmərik. Desək, bir milyon insana haqsızlıq etmiş olarıq. Baxın, Suriyada hələ də qan su yerinə axır. İdlib, Afrin ortadadır. Şimali Suriya tamamilə terror kolidoru olaraq təslim edilib. Koalisiya "Rusiya niyə oradadır?”, "Türkiyə niyə oradadır?” - deyir. Bütün bunlara səbəb odur ki, Suriyada rahatlıq yoxdur. Əsəd ilə bu rahatlıq gəlməyəcək”, - Ərdoğan deyib.

Qeyd edək ki, Rusiyaya görə Türkiyənin Əsədə münasibətdə daha yumşaq siyasətə keçəcəyi ilə bağlı rəy yaranmışdı.

Oxşar xəbərlər