Davudoğlu Zərraba niyə mühafizə verməyib?

  • 05 dek 2017, 10:30

İYİ Partiyasının sədr müavini Ümid Özdağ Rza Zərrab barədə şok iddia ilə çıxış edib.

 

Axar.az xəbər verir ki, bu barədə sədr müavini "CNN Türk”də yayımlanan "Tərəfsiz bölgə” proqramında danışıb.

"Əhməd Davudoğlunun cavablamalı olduğu bir sual var. Həqiqətən ittiham etmirəm, ancaq soruşuram: Rza Zərrab Əhməd Davudoğlu baş nazir olan zaman yanına gedərək, İran kəşfiyyat xidmətinin onu öldürməyə çalışdığını və bunun üçün də qorunmağa ehtiyacı olduğunu bildirib. Dağudoğlu da mühafizə təşkil edə bilməyəcəklərini deyib. Bu doğrudur, yoxsa yanlış? Cənab Davudoğlu açıqlasın”, - Özdağ deyib.

Qeyd edək ki, bir qədər əvvəl Rza Zərrabın İran kəşfiyyat təşkilatı olan ETTELAAT-ın casusu olduğu fikri səsləndirilmişdi.

Oxşar xəbərlər