Pentaqon Yaxın Şərqdə hərbi gücünü artırır

  • 24 noy 2017, 08:59

Pentaqon Yaxın Şərqdə hərbi varlığını artırmaq qərarına gəlib.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bu ilin mayında Yaxın Şərqdə amerikalı əsgərlərin sayı 40517 olubsa, sentyabrda bu rəqəm 54180-ə çatıb.

Məlumatlara görə, ABŞ hərbi varlığını əsasən Qətər, Bəhreyn, Suriya, Küveyt və Türkiyədə artırıb.

Bildirilib ki, Türkiyədə iyul ayında 1405 amerikalı əsgər vardısa, sentyabrda bu say 2265-ə çatıb.

Qeyd edilib ki, Vaşinqton bu prosesi davam etdirmək niyyətindədir.

Oxşar xəbərlər