Xəbər lenti
Bütün xəbərlər

İran və ABŞ gizli danışıqlar aparır

  • 11 noy 2014, 19:42
Amerika Birləşmiş Ştatları dövlət katibi Con Kerri İranlı həmkarı Məhəmməd Cavad Zəriflə görüşüb.

ANS PRESS-in məlumatına görə, Omanın paytaxtı Məsqətdə baş tutan əvvəlcədən planlaşdırılmamış görüşdə rəsmi Tehranın nüvə proqramı tərəflər arasında müzakirə mövzusu olub. Eyni zamanda, Avropa Birliyi müşaviri Ketrin Eştonun da iştirakı ilə keçirilən görüşdən sonra diplomatlar mətbuata açıqlama verməyiblər. İngiltərənin "Times" qəzeti isə tərəflərin gizli danışıq apardığını yazıb.

ABŞ prezidenti Barak Obama nüvə proqramına dair tərəflər arasında dərin fikir ayrılığı olduğunu və danışıqların uğurla nəticələnəcəyindən əmin olmadığını bildirib.

İranla 6-lıq ölkələri arasında danışıqların növbəti mərhələsi noyabr ayının 18-ində Avstriyanın paytaxtı Vyanada keçiriləcək. İranın noyabr ayının 24-nə kimi qarşı tərəflə yekun razılığa gəlməsi vacib hesab olunur. Göstərilən tarixdən sonra tərəflərin danışıqları davam etdirib-etdirməyəcəyi isə hələlik sual altındadır.

Tehran nüvə enerjisindən sülh məqsədilə istifadə hüququna malik olduğunu iddia edir. Böyük Britaniya, Çin, Fransa, Almaniya və Rusiya isə, Tehranın nüvə silahı hazırlaya biləcəyindən ehtiyat edir.
Oxşar xəbərlər