Trampın otağına 5 fahişə göndərmək istəyən kim olub?

  • 12 noy 2017, 10:06

ABŞ prezidenti Donald Trampın 2013-cü ildə Araz Ağalarovla birlikdə "Kainat Gözəli” müsabiqəsi keçirmək üçün Moskvaya səfəri zamanı rusiyalı təşkilatçılardan birinin onun otağına beş fahişə göndərmək təklifi barədə Konqresin Nümayəndələr palatasının kəşfiyyat komitəsində danışılanlar qalmaqal yaradıb.

Xatırladaq ki, komitədə keçirilən qapalı dinləmələr zamanı Trampın keçmiş cangüdəni Keyt Şiller Moskvada rusiyalı təşkilatçılardan birinin ona axşam Trampın "Ritz Carlton” otelindəki nömrəsinə beş qadın göndərəcəyini dediyini açıqlayıb. Lakin Şiller deyib ki, o, dərhal bu təklifi rədd edib. Habelə axşam bu barədə Trampa danışanda onun güldüyünü, təklifə əhəmiyyət vermədiyini deyib. Ancaq keçmiş cangüdən bildirib ki, bütün gecəni Trampın qapısı ağzında növbə çəkməyib və bu səbəbdən otaqda nə baş verdiyindən əmin deyil.

Şillerin bu ifadəsini NBC telekanalına sızdırıblar. Telekanala təqdim etdiyi bəyanatda onun vəkili Stuart Sears onun müştərisinin Konqresə verdiyi məxfi informasiyanı mediaya sızdıranları tənqid edib. "Sədr və komitənin vəzifəli üzvü cənab Şillerin ifadəsinin saxtalaşdırılmış və azdırıcı versiyasını sızdıranların təhqiq edilib məsuliyyətə cəlb olunmasını təmin etməlidirlər" -vəkil deyib.

 Konqres komitəsi Rusiya hökuməti ilə Donald Trampın seçki kampaniyası arasında mümkün sövdələşməni araşdıran çoxsaylı qurumlaran biridir.

Bu araşdırmalar zamanı, habelə Trampın Moskvada olarkən yaraşmayan hərəkətlərinə dair iddiaları irəli sürən dosye də təhqiq olunur. NBC-nin reportajında Trampın otel nömrəsinə beş qadın göndərmək istədiyi iddia edilən şəxsin kimliyi bildirilmir.

Lakin "The Independent" yazır ki, iyul ayında "Associated Press” Moskvada keçirilən "Kainat gözəli” yarışı zamanı rusiyalı pop ulduzu Emin Ağalarovun Trampın otel otağına fahişələr göndərməyi təklif etdiyini bildirirdi.

Agentlik yazırdı ki, Keyt Şiller Ağalarovun bu təklifini rədd edib. Məqalədə deyilir ki, Emin Ağalarovun həm də Donald Trampın böyük oğlu ilə rusiyalı vəkil Natalya Veselnitskayanın görüşünü təşkil etdiyi xəbər verilirdi. Vəkil Hillari Klintonun barəsində kompromatlara malik olduğuna inandıraraq Trampın oğlu ilə görüşüb (BBC).

 

Oxşar xəbərlər